BaşlıcaSiyasət

Ombudsman Anahit Manasyan və AŞPA deputatı Pol Qavan Laçın dəhlizinin blokadasının nəticələrini müzakirə ediblər

ER Ombudsmanı Anahit Manasyan və AŞPA-nın irlandiyalı deputatı Pol Qavan Laçın dəhlizinin blokadası nəticəsində insan hüquqlarının pozulması ilə bağlı məsələləri müzakirə ediblər. 

Mayın 31-də keçirilən görüşdə Ombudsman qeyd edib ki, Artsaxda yaradılmış vəziyyət insan hüquqlarının müdafiəsini zəiflədib.

Anahit Manasyan xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın bu hərəkətləri səbəbində uşaqlar da təsirlənir, onlar faktiki olaraq təhsil hüququndan məhrum ediliblər.

Ombudsman hökm sürən humanitar böhrana da toxundu, blokada və Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması nəticəsində Artsax erməniləri üçün yaranan problemləri təqdim etdi.

Görüş zamanı Manasyan Azərbaycanın anti-erməni siyasətinə də toxunaraq, qeyd edib ki, bu ölkədə bütün səviyyələrdə ermənilərə qarşı nifrət nitqləri eşidilir. 

Qeyd edək ki, Pol Qavan “Laçın dəhlizinin blokadasının humanitar nəticələrı” mövzusunda məruzə hazırlamaq üçün faktaraşdırıcı missiya ilə Ermənistandadır.

Daha çox göstər
Back to top button