BaşlıcaSiyasət

Overçuk: “ Ermənistan-Azərbaycan sərhədində beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər bütün növ nəzarətlər həyata keçiriləcək”

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü olacaq.

O, Azərbaycan və Ermənistan sərhədinin keçmə qaydası ilə bağlı texniki detalların müzakirə ediləcəyini açıqlayıb.

“Pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olduğu kimi  bütün digər nəzarət növləri həmin sərhəddə həyata keçiriləcək” – deyə Overçuk çərşənbə günü “İnterfaks”ın sualını cavablandırarkən bildirib.

O, qeyd edib ki, “tərəflər Azərbaycanın Qərb rayonları ilə Naxicevan arasında dəmir yolu əlaqəsini bərpa edə biləcəklərini bəyan etməyə “çox yaxındırlar”.

“Ermənistan həm də Azərbaycan ərazisi vasitəsilə Rusiya, AB ölkələri və İrana blokadadan çıxmaq imkanı əldə edir” – deyərək Overçuk bildirib.

Daha çox göstər
Back to top button