ArtsaxBaşlıcaSiyasət

Avropa liderləri bütün hərbi əsirləri azad etməyə çağırıblar

Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə hörmət etməyə, xüsusən də bütün hərbi əsirləri mümkün qədər tez azad etməyə çağırıblar. Bu barədə Yelisey Sarayının beştərəfli görüşlə bağlı bəyanatında qeyd olunur.

“Onlar həmçinin Ermənistanda Aİ-nin müşahidə missiyasının vacibliyini xatırladılar. Nəhayət, onlar Dağlıq Qarabağ ermənilərinin hüquq və təminatlarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar”, – deyə bəyanatda bildirilir.

Fransa prezidenti hər hansı düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusi olaraq vurğuladı.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanadına qeyd olunub ki, “Fransa prezidentinin görüşlə bağlı bəyanatı tərəflərin mövqeyini əks etdirmir, əksinə, təhrif edir. Bu, Fransa tərəfindən ilk belə davranış halı deyil və bu, Azərbaycan və Ermənistan arasında sülh prosesinə, regionda sülh və sabitliyə töhfə vermir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanatı ilə bu ölkənin Xarici İşlər Nazirliyi açıq şəkildə etiraf edir ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürür və öhdəliklərini yerinə yetirməkdən imtina edir, eləcə də Dağlıq Qarabağ ermənilərinə hüquq və təminat vermək niyyətində deyil. Yəni, Azərbaycan başlayan etnik təmizləməyi davam etdirmək niyyətindədir. Bundan əlavə, düşmənçilik ritorikasından əl çəkmək və bütün region xalqlarının rifahı naminə sülhə qayıtmaq səylərini davam etdirmək niyyətində deyil.

Məhz buna görə, Fransa prezidentinin görüşlə bağlı verdiyi bəyanat Azərbaycanın mövqeyini əks etdirməyə bilər.

Daha çox göstər
Back to top button