BaşlıcaSiyasət

Azərbaycanın Türkiyədəki səfiri “Zangezur dəhlizinin tezliklə açılacağını” bəyan edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Zangezur dəhlizinin tezliklə açılacağını” açıqlayıb.

“Zangezur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək. Həmin dəhlizin açılması işi sürətlə gedir və tamamlanmaq üzrədir”, – deyə o, “TRT Haber” telekanalına müsahibəsində bildirib.

Azərbaycan səfiri ərazi ambisiyaları siyasətini davam etdirərək bəyan etdi: “Zangezur 1920-ci ildə işğal olunmuş torpaqdır. Sovet dövründə bizdən alınıb Ermənistana verilib. Azərbaycanın Türkiyə ilə sərhədində sədd çəkilib, maneələr yaradılıb”. Səfir qeyd edib ki, “dəhliz” Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün də vacib olacaq: “Türkiyə Şərqlə Qərb arasında əlaqə quracaq”.

Bəyanatları “şirinləşdirmək” üçün Məmmədov əlavə edib ki, “Zangezur dəhlizi layihəsi Ermənistan üçün öz təhlükəsizliyi baxımından vacibdir”.

Daha çox göstər
Back to top button