BaşlıcaSiyasət

Baş nazir: “Beştərəfli görüşdə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələləri ətraflı müzakirə olunub”

Baş nazir Nikol Paşinyan Kişinyovda keçirilən beştərəfli görüşün nəticələrinin bəzi təfərrüatlarını təqdim edib. Aldığımız məlumata görə, Nikol Paşinyan erməni icması ilə görüşündə qeyd edib ki, beştərəfli görüşdə digər məsələlərlə yanaşı regional kommunikasiyalar, əsir və itkin düşmüş şəxslər, o cümlədən ermənilərin hüquq və təhlükəsizliyi məsələləri  və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

“Regional kommunikasiyalara gəlincə, biz 2020-ci il noyabrın 9-da olan üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq, tərəflərin suverenliyi və yurisdiksiyası altında kommunikasiyaları açmağa hazır olduğumuzu bir daha təsdiqlədik.

 Biz əsirlər və itkin düşmüş şəxslər, digər humanitar yardımlarla bağlı məsələləri müzakirə etdik.

Həmçinin, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq məsələlərinə dair ətraflı müzakirə aparılıb. Burada Avropadan olan həmkarlarımız müəyyən mövqelər bildiriblər.

Eyni zamanda, növbəti üçtərəfli görüşün iyulun 21-də Brüsseldə keçirilməsi razılaşdırılıb” – deyərək  Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button