BaşlıcaSiyasət

Mişel: “Təhlükəsizlik və hüquqlar, demarkasiya məsələləri və sülh sazişi müzakirə edilib”

AB Şurasının sədri Şarl Mişel prezident Əliyev, Baş nazir Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolzla yaxşı görüş keçirdiyini bildirib.

“Bizim may ayında Brüsseldə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri, sülh sazişi baraaaaaaədə mməsələlərə toxunmaq imkanımız oldu” – deyə o, görüşdən sonraqeyd edib.

“Bu görüş iyulun 21-də Brüsseldə baş tutacaq növbəti görüş üçün yaxşı hazırlıq idi. Bu, o deməkdir ki, biz çox işləyirik və münasibətlərin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik.

Mən də bəyan etdim ki, məqsədim Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti iclası çərçivəsində prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şolsu və Prezident Makronu yenidən dəvət etməkdir.

Bu o deməkdir ki, biz daha çox irəliləyiş əldə etmək üçün AB tərəfindən münasibətlərin normallaşması istiqamətində  hər şeyi edəcəyikdir”   – deyə Mişel əlavə edib.

Daha çox göstər
Back to top button