BaşlıcaSiyasət

Ermənistanın İctimai radiosu: “Paşinyan-Əliyev-Mişel görüşü iyunun 21-də Brüsseldə keçiriləcək”

Kişinyovda Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin beştərəfli görüşü  keçirilib.

Görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılması, iki ölkə arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi haqqında saziş, Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı məsələlər müzakirə olunub.

Eləcə də əsirlər, itkin düşmüş şəxslər və digər humanitar məsələlər müzakirə olunub.

İyulun 21-də Brüsseldə Ermənistanın Baş naziri, AB Şurasının sədri və Azərbaycan prezidentinin görüşü planlaşdırılır.

Daha çox göstər
Back to top button