BaşlıcaSiyasət

Paşinyan:  “Belə görünür ki, Ermənistan və Azərbaycan 1975-ci il xəritələrinin demarkasiya işlərində əsas götürülməsinə qarşı deyillər”

Ermənistan və Azərbaycan böyük ehtimalla 1975-ci il xəritələrinin demarkasiya işlərində əsas götürülməsinə qarşı deyillər.

Məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda keçirilən beştərəfli görüşdən sonra erməni icması ilə görüşündə yekunlara  toxunmaqla bildirib.

“Ümumiyyətlə, müzakirəni faydalı hesab etməliyəm” – deyə Baş nazir bildirib.

Paşinyan xatırladıb ki, Praqada Almatı bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü Paşinyan:  “Belə görünür ki, Ermənistan və Azərbaycan 1975-ci il xəritələrinin demarkasiya işlərində əsas götürülməsinə qarşı deyillər”

qarşılıqlı şəkildə tanıması barədə razılıq əldə olunub.

 Almatı Bəyannaməsi 1991-ci ildə dekabrda Mərkəzi Komitənin dağılmasından sonra Almatı imzalanıb.   Bəyannamə  ölkələrin bir-birinin ərazi bütövlüyünü, mövcud sərhədlər daxilində sərhədlərin toxunulmazlığını tanıması haqqında olub.

“Biz bu razılaşmanı Praqada əldə etdik və Brüsseldə bir addım da irəli getdik və belə bir fikrə gəldik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin, Ermənistan isə Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin ərazi bütövlüyünü tanıyır”.

O, vurğuladı ki,anlaşılan  budur ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert dialoqu formatında müzakirə olunmalıdır ki, bu dialoq baş tutmalı və ya beynəlxalq iştirakla baş tutmalıdır ki, bu gündəm unudulmur.

“Bu gün vacib olan bir çox ilkin detal var. Mən niyə çox ilkin deyirəm, çünki bugünkü görüşə Azərbaycanın reaksiyasını yoxlamaq lazımdır.

 Belə görünür ki, tərəflər Ermənistan  və Azərbaycan arasında növbəti demarkasiya üçün 1975-ci il xəritələrinin əsas götürülməsinə qarşı deyillər.

Bu, 29,8 min kvadratmetr və 86,6 min kvadratmetr ərazi bütövlüyünü təsdiqləmək üçün daha bir addım deməkdir” – deyərək Paşinyan əlavə edib.

Daha çox göstər
Back to top button