BaşlıcaSiyasət

ER və Azərbaycan xarici işləri nazirləri Vaşinqtonda görüşəcəklər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Armenpress”ə verdiyi məlumata görə, növbəti müzakirələrin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

İyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə müzakirələr başlayacaq.

“Əlavə təfərrüatları təqdim edəcəyik”, – deyə XİN-in sözçüsü bildirib.

Daha çox göstər
Back to top button