Başlıcaİctimaiyyət

2022-ci ildə təxminən 19 600 nəfərə Ermənistan vətəndaşlığı verilib

2022-ci ildə qüvvəyə minən “Vətəndaşlıq” qanununa edilən dəyişikliklər nəticəsində vətəndaşlıqla bağlı fərmanların sayı artıb. Bu barədə Ermənistan prezidenti administrasiyası rəhbərinin müavini Xaçatur Poğosyan məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildə prezident tərəfindən vətəndaşlıqla bağlı 60-a yaxın, 2022-ci ildə isə 114 fərman imzalanıb. Nəticədə 2022-ci ildə təxminən 19 600 nəfərə vətəndaşlıq verilib (2021-ci ildə – 7 300 nəfərə).

Poğosyan qeyd edib ki, 2022-ci ildə prezidentin sərəncamları ilə 4 400 nəfərin vətəndaşlığına xitam verilib.

Daha çox göstər
Back to top button