İctimaiyyət

Artsaxda davam edən blokadanın nəticələri

Artsaxın informasiya qərargahından bildirilib ki, Artsaxın bütün tibb müəssisələrində planlaşdırılmış cərrahiyyə əməliyyatlarının dayandırılması səbəbindən 1390-a yaxın vətəndaş səhhətindəki problemlərini cərrahiyyə yolu ilə həll etmək imkanından məhrum edilib.

Blokada nəticəsində 550 uşaq daxil olmaqla ümumilikdə 3900-ə yaxın insan evlərinə qayıda bilməyib, onlardan bəziləri artıq Qırmızı Xaç və Rusiya sülhməramlılarının köməyi ilə evlərinə qayıdıb.

Stepanakert-Qoris avtomobil yolu ilə heç bir vətəndaş sərbəst hərəkət etməyib, insanların ikitərəfli hərəkəti halları təxminən 217 dəfə azalıb.

Qırmızı Xaç və Rusiya sülhməramlıları müşahiyəti ilə blokadadan əvvəl olduğu göstəricilərdən 13 dəfə az həyati əhəmiyyətli mallar idxal edilib.

Blokada zamanı Azərbaycan Ermənistandan Artsaxa qaz nəqlini ümumilikdə 111 gün, elektrik enerjisi isə 148 gün ərzində tamamilə və ya qismən kəsib.

Blokada şəraitində 860 sahibkarlıq subyekti (ümumilərin 20,1 faizi) fəaliyyətini dayandırıb.

Blokada zamanı Artsax Respublikasının iqtisadiyyatına təxminən 337 milyon ABŞ dolları dəyərində ziyan dəyib.

Daha çox göstər
Back to top button