Başlıcaİctimaiyyət

Azərbaycanın müstəqil media nümayəndələri öz narahatlıqlarını AŞPA həmməruzəçilərinə təəqdim edib

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristoffersen iyunun 6-da Azərbaycanın müstəqil media qurumlarının nümayəndələri ilə görüşüblər. Turan agentliyinin yaydığı məlumata görə, görüşdə medianın vəziyyəti müzakirə olunub.

Media ictimaiyyətinin nümayəndələri mətbuat və informasiya azadlığının məhdudlaşdırılmasını qeyd ediblər.

Xüsusilə media haqqında yeni qanunun müstəqil mətbuatın üzərində “Damokl qılıncı” kimi asıldığı vurğulanıb. Bu sənəd media subyektlərini dövlət reyestrinə daxil etməyə məcbur edir, lakin bunun üçün ciddi şərtlər irəli sürülür. Artıq 40-dan çox KİV-in reyestrə daxil edilməsi müraciətinə imtina cavabı verilib.

Həmçinin bir sıra KİV-lərin internet saytlarının bloklanması, jurnalistlərə qarşı cinayətlərin araşdırılmaması, müstəqil medianın iqtisadi əsaslarının çox zəif olması, arzuolunmaz jurnalistləra cinayət və inzibati işlərın açılması qeyd edilib.

AŞPA nümayəndələri əldə etdikləri məlumatlardan Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər.

Daha çox göstər
Back to top button