İctimaiyyət

Ermənistanda yeni nüvə enerji blokunun tikintisi üçün qrup yaradılacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarına əsasən, Ermənistanda yeni atom enerji blokunun tikintisi ilə bağlı məsələlərin müzakirəsi üçün işçi qrupu yaradılacaq.

“Ermənistan Respublikasında yeni nüvə enerji blokunun tikintisi, kiçik modul reaktorların yerləşdirilməsi, eləcə də zəruri texnologiyaların seçilməsi üçün təhlillər həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi və gələcək addımların müəyyən edilməsi məqsədilə idarələrarası işçi qrupu yaradılsın”, – qərarda qeyd olunur.

2036-cı ilə qədər 1000-1200 meqavat gücündə yeni enerji blokunun tikintisi planlaşdırılır. 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlinə qədər, ilkin razılaşmaya əsasən, Ermənistanda AES-in yeni blokunun tikinti işlərinə başlanmalıdır.

Daha çox göstər
Back to top button