BaşlıcaSiyasət

Azərbaycanın xahişi ilə Vaşinqtonda keçiriləcək Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundu təxirə salınıb

Ermənistan və Azərbaycan arasında Vaşinqtonda keçiriləcək müzakirələrin növbəti raundu Azərbaycanın xahişi ilə təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Sizə bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. İclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi şəkildə məlumat veriləcək”, – Badalyan qeyd edib.

İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun iştirakı ilə növbəti müzakirə raundunun keçirilməsi nəzərdə tutulmuşdu.

Daha çox göstər
Back to top button