BaşlıcaSiyasət

Dağlıq Qarabağda mövcud vəziyyət narahatlıq doğurur və mənfi humanitar təsir göstərir: Aİ-nin Bayramova cavabı

Aİ-nin ATƏT və BMT-nin Vyana strukturlarında nümayəndəliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münasibətlərinə də xüsusi yer verilib.

Aİ bəyanatda mayın 14-də Brüsseldə tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləndiyi Aİ-nin rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını səmimiyyətlə alqışladığını  xatırladıb.

“Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq”.

Brüssel Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək gündəm hazırlamağa çağırıb: “Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq.

Eyni zamanda, biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”, deyə bəyanatda qeyd edilir. 

Daha çox göstər
Back to top button