
Moskva Yerevanla strateji və müttəfiq xarakter daşıyan qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Aldığımız məlumata görə, bu haqda RF Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Biz qardaşlıq münasibətlərimizi səmimiyyətlə qiymətləndiririk, onlar strateji və müttəfiq xarakter daşıyır.
Bu gün Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığı bir sıra dost olmayan dövlətlərin tətbiq etdiyi qeyri-qanuni iqtisadi sanksiyalara baxmayaraq, fəal, dinamik inkişaf etməkdədir”- deyə Mişustin bildirib. .
Onun sözlərinə görə, yanvar-aprel aylarında Moskva ilə Yerevan arasında ticarət dövriyyəsi 96 faiz artaraq 140 milyard rubla yaxın olub.
“Əlbəttə, bu müsbət dinamikanı saxlamaq və qarşılıqlı ticarətdə yeni rekord göstəricilərə nail olmaq vacibdir”- deyərək Rusiya Baş naziri bildirib.
O, xatırladıb ki, 4,5 mindən çox Rusiya şirkəti Ermənistanda uğurla işləyir və Rusiya sərmayələri Ermənistan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcminin 46 faizindən çoxdur.
“Ticarət və investisiyaların artırılması üçün mövcud imkanlardan istifadə etmək lazımdır və əlbəttə ki, bizim birgə hökumətlərarası komissiyamız bu problemi həll edir” – deyərək Mişustin bildirib.
O, qeyd edib ki, Rusiya enerji, mədənçıxarma, rəqəmsallaşdırma, aqrar sənaye sahələrində yeni birgə layihələrə başlamaqda maraqlıdır.
“Rusiya şirkətləri elektron hökumət, ağıllı, təhlükəsiz şəhər, nəqliyyat infrastrukturu sahələrində də daxil olmaqla, qabaqcıl həllər təklif etməyə hazırdır. Bir sıra layihələr də mövcuddur”- deyə Rusiyanın Baş naziri bildirib.
Mişustin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsinə də diqqət yetirib.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarına əsasən, biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması istiqamətində sistemli iş aparırıq.
Yeni infrastruktur marşrutlarının yaradılması ümumilikdə bölgədə bütün dövlətlərin maraqlarına cavab verir”- deyərək o, qeyd edib.







