
“Yuxarı Lars” keçid məntəqəsinin yeni hərəkət zolaqlarının yenidən qurulması iyunun 15-də başa çatacaq.
Aldığımız məlumata görə, bu haqda RF Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
“Dünən mən Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelevlə görüşdüm, biz məsələləri ətraflı müzakirə etdik, o cümlədən “Yuxarı Lars” keçid məntəqəsinin yenidən qurulması məsələlərini müzakirə etdik, o, bütün işləri iyunun 15-dək başa çatdıracağına dair müvafiq vədlər verdi.
Anladığım qədər, söhbət daha dörd zonanın tikintisindən gedir” – deyə Mişustin əlavə edib ki, nazir işlərin gedişi barədə ona məlumat verib.
Daha sonra Mişustin sözü Rusiya Federasiyası gömrük xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdova çatdırıb və o bildirib ki, Nəqliyyat nazirliyi yol xətlərini iyunun 15-dək təhvil verərsə, bir həftə ərzində keçid məntəqəsindəki tıxac aradan qaldırılacaq.
Davydov bildirib ki, 39 zolaq olacaq ki, onlardan 15-i yük maşınları üçündür.
“Yenidənqurmadan əvvəl gündəlik 1200-ə qədər yük maşını və 3500 minik avtomobili keçirdi. İndi biz gündə 1500-ə qədər yük maşınının keçə biləcəyini gözləyirik” – deyərək Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən bildirib.
Davydov qeyd edib ki, hətta yenidənqurma şəraitində də “Yuxarı Lars” hamıdan ən fəal keçid məntəqəsidir.
Baş nazir Nikol Paşinyan RF Baş naziri Mixail Mişustinə təşəkkür edib və əlavə edib:
“Bilirəm ki, nəyəsə söz verəndə o gerçəkləşir və mən buna çox sevinirəm. Təşəkkürlər”.







