BaşlıcaSiyasət

Ermənistan Azərbaycanın oğurlanmış erməni hərbçiləri ilə bağlı AİHM-ə verdiyi məlumatları öyrənir

Ermənistan ərazisindən oğurlanmış erməni hərbçilərlə bağlı Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə verdiyi məlumata baxılır.

Alınan məlumata görə, bu haqda jurnalistlərlə söhbətində ER beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan qeyd edib və məlumatın hərbçilərin yaxınlarına təqdim edildiyini bildirib.

“Hazırda Azərbaycanın iki erməni  hərbiçisi ilə bağlı verdiyi məlumatları öyrənirik. Məlumatla bağlı onların doğmalarına da məlumat vermişik.

Araşdırdıqdan sonra iyunun 16-dək bu məlumatla bağlı şərhlərimizi Avropa Məhkəməsinə təqdim edəcəyik. Biz hər şeyi edəcəyik. soydaşlarımızın bütün aspektlərdə müdafiəsini təmin etmiş olaq”- deyərək Kirakosyan bildirib.

Erməni hərbi əsirlərin iştirakı ilə çəkilmiş videoçarxın Azərbaycan KİV-lərində yayılmasına toxunan Kirakosyan iyunun 5-də paylaşılan videoda hüquqi baxımdan problemli məqamların olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button