
İyunun 8-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Artsax Azadlıq Döyüşçüləri İttifaqının, Əfqanıstan Müharibəsi Veteranları İttifaqının və Ehtiyatda olan Ordu Zabitləri İttifaqının bir qrup üzvləri ilə görüşüb.
Artsax Prezidentinin ofisindən bildirildiyi kimi, Arayik Harutyunyan hərbi-siyasi vəziyyəti təqdim edib, Artsaxın təhlükəsizliyinin təmin edilməsində hakimiyyətin siyasətindən danışıb.
Prezident müşavirədə iştirak edən strukturların vətənin müdafiəsi və təhlükəsizliyinin gücləndirilməsinə töhfəsini, biliyini və təcrübəsini yüksək qiymətləndirdi, bu təcrübədən Artsax üçün həyati əhəmiyyət kəsb edən sahələrdə istifadə etməyə hazır olduğunu bildirdi.







