BaşlıcaSiyasət

Avropa Məhkəməsi Türkiyəni üzvlükdən çıxaracağı ilə bağlı xəbərdarlıq edib

İyunun 5-7-də Avropa Şurasının səfirləri səviyyəsində toplanan Nümayəndələr Komitəsinin sessiyası keçirilib. Yayılan bəyanatda xüsusi olaraq deyilir: “Terror ittihamı ilə həbsdə olan Səlahəddin Dəmirtaş və ömürlük həbs cəzası alan Osman Kavala azadlığa buraxılmasa, Türkiyə üzvlükdən çıxarılacaq”.

Keçmişdə Avropa İnsan Haqları Məhkəməsi Türkiyəyə yuxarıda adı çəkilən şəxslərin azadlığa buraxılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Xatırladaq ki, Səlahəddin Demitaş 2016-cı ildən Ədirnə həbsxanasındadır, o, silahlı terror qruplaşmasının üzvü olmaqda və terror qruplaşmasının təbliğatını aparmaqda ittiham olunur.

Osman Kavala isə 2017-ci ildən həbsdədir. O, 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədə olmaqda və Gəzi parkında hökumət əleyhinə etiraz aksiyalarını təşkil etməkdə ittiham olunurdu.

Daha çox göstər
Back to top button