İctimaiyyət
2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılacaq

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasında bildirib ki, 2013-cü ilə qədər Gürcüstana istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılacaq.
“Biz ölkədə avtomobillər üçün Avro-5 standartını tətbiq etmək qərarına gəldik. Praktikada bu o deməkdir ki, 2013-cü ilə qədər istehsalı olan avtomobillərin idxalı məhdudlaşdırılacaq. İstəyimiz budur ki, minik avtomobilləri üçün qaydalar 2024-cü il yanvarın 1-dən, avtobuslar və yük avtomobilləri üçün isə 2025-ci il yanvarın 1-dən qüvvəyə minsin. Biz hələ də bunu müzakirə edirik”, – İrakli Qaribaşvili bildirib







