
ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Arman Yeğoyan hesab edir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqların təxirə salınmasına səbəb Azərbaycan xarici işlər nazirinin Türkiyə prezidentinin Bakıya səfəri zamanı ölkədən çıxa bilməməsidir.
“Armenpress”in məlumatına görə, belə bir fikri Yeğoyan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Arman Yeğoyanın görüşün yeni tarixləri barədə məlumatı yoxdur.







