
Bu günə olan məlumata görə, Ermənistanın dövlət borcu 10 milyard 637 milyon dollar və ya 4 trilyon 186 milyon dram təşkil edir.
Bunu maliyyə naziri Vahe Hovhannisyan parlamentdə bildirib.
58,4 faiz səviyyəsində planlaşdırılan dövlət borcunun ÜDM-ə nisbəti 46,7 faizə düşüb. “Biz dramın devalvasiya faktorunu neytrallaşdırsaq, borcumuz təxminən 53 faiz olacaq”, – Hovhannisyan qeyd edib.







