BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan  TXN qrupları Gürcüstanda birgə təlimlərdə iştirak edir

Gürcüstanda Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova bölmələrinin iştirakı ilə yanğınsöndürən və xilasedicilərin irimiqyaslı beynəlxalq təlimləri başlayıb.

“Azatutyun” xəbər verir ki, bu barədə Gürcüstan Daxili işlər nazirliyi məlumatlandırıb.

İyunun 16-dək davam edəcək təlimlər Avropa Birliyi ekspert və texniki dəstəyi ilə təşkil olunub.

Təlimlərin məqsədi meşə yanğınları ilə mübarizənin effektiv üsullarını hazırlamaq və böyük təbii fəlakətlər şəraitində müvafiq xidmətlərin birgə fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Gürcüstanda başlayan təlimlərdə təkcə avtomobil texnikası deyil, aviasiya da iştirak edir.

Daha çox göstər
Back to top button