
Ermənistan və Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində açıq dinləmələrdə iştirak etməyə razılaşıblar. Bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan məlumat verib.
Açıq müzakirə 2021-ci il fevralın 1-də təqdim edilmiş “Ermənistan Azərbaycana qarşı” adlı ilk dövlətlərarası şikayət çərçivəsində baş tutacaq.
Y. Kirakosyan bildirib ki, yazılı prosedur başa çatıb, məhkəmənin açıq dinləmələri gözlənilir.
AİHM-ə daxil olan ilk dövlətlərarası şikayətdə Azərbaycan tərəfindən 44 günlük müharibə zamanı və ondan sonrakı dövr ərzində Konvensiyayanın pozulmasından bəhs edilir.







