
Baş nazir Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. İclasda baş nazirin müavini Mher Qriqoryan da iştirak edib.
Baş nazir qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin gündəliyi doludur və tərəflər də 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrası istiqamətində çalışırlar.
Aleksey Overçuk son günlərdə Soçidə ER və RF baş nazirlərinin mənalı görüşünün keçirildiyini qeyd edərək, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib ki, cari ilin ilk 5 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 96 faiz artıb.
Sonra həmsöhbətlər Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin işçi qrupu çərçivəsində aparılan danışıqların nəticələrinə toxunublar.
Bu kontekstdə Nikol Paşinyan və Aleksey Overçuk dəmir yolu əlaqəsinin bərpası, tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanan sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Baş nazirlə görüşdən əvvəl Rusiya baş nazirinin müavini ER baş nazirinin müavini Mher Qriqoryanla da görüşüb.
Həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələlərini və Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində Aİİ formatında əməkdaşlığın inkişafı ilə bağlı mövzuları müzakirə ediblər.







