BaşlıcaMədəniyyət
Serj Tankyan estrada ulduzlarını “Azərbaycan diktaturasının imicini ağartmaqda” tənqid edib

“System of a Down” qrupunun solisti Serj Tankyan Azərbaycanda çıxış edən estrada ulduzlarını dünyanın gözündə “Azərbaycan diktaturasının imicinin ağartılmasına” töhfə verdikləri üçün tənqid edib.
“Mən həqiqətən məyus olmuşam ki, sənət yoldaşları və idman liqaları Azərbaycanın hərbi cinayətlərini, insan hüquqlarının pozulmasını və təqiblərini ağartmaq üçün istifadə olunur.
Bu faşist, irqçi, oliqarx ailəsinin neft diktaturası Formula 1 və @badgalriri (Rihanna) kimi sənətçilərə baxmağa və dünyanın gözündə yaxşı görünməyə layiq deyil”-deyə Tnkyan qeyd edib.
“Bu hadisələrin və bu sənətçilərin hər biri (Azərbaycanda) insan hüquqlarının sonrakı pozulmasına görə məsuliyyət daşıyır.







