BaşlıcaSiyasət

Azərbaycanın məqsədi Ermənistan tərəfinin təcavüzkar hərəkətlərə meylli olduğunu göstərməkdir: Papikyan

Azərbaycan son bir həftə ərzində davamlı olaraq yalan məlumatlar yaymaqla özünün təxribat xarakterli hərəkətləri üçün zəmin yaradır. Bunu ER müdafiə naziri Suren Papikyan parlamentdə sual-cavab zamanı bildirib.

Nazir qeyd etdi ki, MN daima müvafiq bəyanatlarla çıxış edir və sərhəddə baş verənlər barədə ictimaiyyətə məlumat verir.

“Bütün bunların səbəbi Azərbaycan tərəfinin məqsədləridir, onların məsədi Ermənistan tərəfinin təcavüzkar hərəkətlərə meylli olduğunu göstərməkdir. Belə bir şey yoxdur.

Bütün bəyanatlarımıza uyğun olaraq, Ermənistan tərəfi danışıqlar masası arxasında sülh gündəmini irəli sürməyə davam edəcək, təbii ki, ölkəmizin suveren ərazisini də qoruyacaqdır”,- Papikyan qeyd edib.

Daha çox göstər
Back to top button