ArtsaxBaşlıcaSiyasət

Azərbaycanın qanunsuz addımlarına beynəlxalq ictimaiyyət tərəfindən adekvat siyasi qiymət verilməlidir: Artsax XİN

Artsax Xarici İşlər Nazirliyi Laçın dəhlizinin tamamilə bağlanması ilə bağlı bəyanat yayıb və vurğulanıb ki, Artsax xalqına qarşı yeni vəhşiliklərin və cinayətlərin qarşısını almaq üçün Azərbaycanın analoji qeyri-qanuni və təcavüzkar addımları beynəlxalq ictimaiyyət və ilk növbədə prosesdə iştirak edən bütün tərəflər tərəfindən adekvat siyasi qiymət almalıdır.

Bəyantda deyilir: “İyunun 15-də Azərbaycan tərəfi Hakari körpüsündə qəsdən təxribata əl ataraq Laçın dəhlizi ilə hər iki istiqamətdə bütün humanitar sərnişin və yük daşımalarını tamamilə dayandırıb.

Azərbaycanın hərəkətləri nəticəsində Rusiya sülhməramlıların vasitəçiliyi ilə xəstələrin Artsaxdan Ermənistana planlaşdırılmış tibbi təxliyəsi pozulub və təcili humanitar ehtiyaclarla əlaqədar sərnişinlərin Stepanakert-Qoris-Stepanakert marşrutu ilə daşınması dayandırılıb. Artsaxa humanitar yüklər çatdırmaq üçün Qorisə gedən Rusiya sülhməramlılarının yük maşınlarının hərəkəti də dayandırılıb.

Artsaxın 6 aydan artıqdır davam edən qeyri-qanuni blokadası səbəbindən artıq məhdud rejimdə olan və yalnız humanitar məqsədlər üçün istifadə edilən Laçın dəhlizinin tamamilə blokadaya salınması bir daha praktiki olaraq nümayiş etdirir ki, Azərbaycan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, beynəlxalq hüququn fundamental normalarını, o cümlədən BMT-nin beynəlxalq məhkəmənin qanuni qüvvəyə malik qərarını məhəl qoymur.

Laçın dəhlizində qeyri-qanuni quraşdırılmış keçid məntəqəsindən Azərbaycan sırf Artsax xalqına qarşı etnik təmizləmə siyasətini davam etdirmək üçün alət kimi istifadə edir.

Aydındır ki, Azərbaycan hakimiyyəti dözülməz həyat şəraiti yaratmaqla Artsaxın etnik təmizlənməsinə və onun xalqının öz doğma yurdundan qovulmasına yönəlmiş siyasətini davam etdirir”,

XİN vurğulayır ki, Artsax xalqına qarşı etnik təmizləmə siyasətinə qarşı dözümlülük və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətli tədbirlərin görülməməsi şəraitində Azərbaycanın hərəkətləri daha da təhdidedici xarakter alır: “Artsax xalqına qarşı yeni vəhşiliklərin və cinayətlərin qarşısını almaq üçün Azərbaycanın oxşar qeyri-qanuni və təcavüzkar addımları beynəlxalq ictimaiyyət və ilk növbədə prosesdə iştirak edən bütün tərəflər tərəfindən adekvat siyasi qiymət almalıdır.

Bir daha vurğulayırıq ki, insan hüquqlarının kütləvi şəkildə pozulmasının, o cümlədən etnik təmizləmə və soyqırımın qarşısının alınması beynəlxalq ictimaiyyətin bütün üzvlərinin üzərinə düşür”.

Daha çox göstər
Back to top button