BaşlıcaSiyasət

ER-nın bu məsələdə mövqeyi sərtləşib:  “Bakının Zəngəzur dəhlizində Ermənistana tənzimləmələr tətbiq etmək ümidləri puç olur”

Bakı son bir-iki ildə danışıqlar prosesində müəyyən güzəştlər əldə etmək üçün davamlı olaraq hərbi təzyiq alətlərindən istifadə edir.

Bu sözləri politoloq Tiqran Qriqoryan Faktor TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, hətta indiki mərhələdə davam edən danışıqlar fonunda ER təzyiq cəhdinin olduğunu ehtimal etmək olar.

Dağlıq Qarabağa gəlincə, politoloqun fikrincə, Azərbaycanın orada aydın gündəmləri və məqsədləri var idi.

“Son zamanlar Azərbaycan hökumətinə yaxın ekspert dairələri Müdafiə Ordusunun tərksilah edilməsi və zərərsizləşdirilməsi ilə bağlı yenidən danışmağa başlayıblar, hakimiyyətə yaxın dairələrdən də Sərsəng su anbarının nəzarətə götürülməsi ilə bağlı fikirlər var.

Yəni, bu, onların Artsaxın qalan hissəsinə qismən nəzarət yaratmağa çalışdıqları siyasətin davamıdır və eyni zamanda həm Ermənistan hakimiyyətinə, həm də Artsax hakimiyyətinə və cəmiyyətinə təzyiq göstərərək inteqrasiya gündəmini qəbul etsinlər.

Ümumiyyətlə, göstərməyə çalışırlar ki, əgər siz bunu sülh yolu ilə qəbul etməsəniz, sadəcə olaraq, o gündəmi sizə sırıyacağıq” – deyə politoloq bildirib.

İlham Əliyevin qondarma “Zəngəzur dəhlizi” ilə bağlı çıxışına toxunan Tiqran Qriqoryan qeyd edib ki, son aylarda müzakirə olunanları çətin ki, “dəhliz” adlandırmaq olar.

 Politoloq xatırladıb ki, Çarlz Mişelin vasitəçiliyi ilə keçirilən görüşdən sonra dərc olunan bəyanatda söhbət Ermənistan ərazisindən keçidin təmin edilməsindən, dəmir yolunun açılmasından getdiyi açıq-aydın görünürdü.

Həmçinin, dolayısı ilə vurğulandı ki, dəmir yolu qarşılıqlı prinsip əsasında işləməlidir. Gömrük nəzarətinin olacağı açıq-aydın bildirilib.

“Hazırkı mərhələdə bütün məsələ gömrük nəzarətini kimin həyata keçirəcəyindən gedir. Azərbaycanlılar, deyəsən, gömrük nəzarətini heç olmasa Rusiya tərəfinin həyata keçirəcəyini gözləyirlər.

Amma Laçın dəhlizində keçid məntəqəsi quraşdırıldıqdan sonra ER-nın bu məsələdə mövqeyi əgər əvvəllər Rusiyanın iştirakı ilə bəzi variantları müzakirə edirdilərsə ki, ola bilsin ki, Ermənistan-Rusiya birgə nəzarəti olsun, indiki mərhələdə deyəsən, Ermənistan tərəfi təkid edir ki, yalnız Ermənistan nəzarəti olsun, çünki Azərbaycan Laçın dəhlizində post gömrük sistemini   quraşdırıb”-deyə  Tiqran Qriqoryan qeyd edib.

Politoloq ümidvar olduğunu bildirib ki, Ermənistan uğur qazana biləcək, çünki əvvəlki eskalasiya şəraitində biz gördük ki, buna baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın Sotk bölgəsində təcavüzünü bir növ cilovlaya bilib.

Daha çox göstər
Back to top button