
Yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu barədə Paşinyan bildirdi.
“Nə qədər çətin olsa da, Azərbaycanla münasibətlərin normallaşması, sülhün bərqərar olması istiqamətində işimiz davamlı olmalıdır. Biz bu məsələdə ardıcıl olmalıyıq. Yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır və ümid edirəm ki, Vaşinqtonda əvvəlki görüşdə qeydə alınan müəyyən irəliləyişlər inkişaf edəcəkdir.
Onu da vurğulamaq istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdıqdan sonra sərhədin müxtəlif hissələrində gərginlik yaratmaq cəhdləri qəbuledilməz və anlaşılmazdır.







