
İyunun 19-dan 22-dək Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti Ermənistana səfər edəcək.
Avropa Parlamentinin press-relizində bildirilir ki, səfərin əsas məqsədi Ermənistandakı təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, eləcə də Aİ-nin Ermənistandakı Mülki Missiyasının (EUMA) fəaliyyətini qiymətləndirməkdir.
Nümayəndə heyəti Ermənistanın icra və qanunvericilik orqanlarının nümayəndələri, həmçinin Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşəcək.







