ArtsaxBaşlıcaSiyasət

Azərbaycan Artsax xalqına tələblər irəli sürmək üçün hətta humanitar məsələlərdən istifadə edir: Artsax Ombudsmanı

Artıq bir neçə gündür ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrinin müşayiəti ilə Artsaxa humanitar yüklərin daşımalarına icazə vermir. Bu barədə Artsax Ombudsmanı Qeğam Stepanyan öz Facebook səhifəsində yazıb.

“Humanitar yüklərin Artsaxa daşınmasının qarşısının alınması blokada nəticəsində Artsaxda yaradılmış humanitar böhran vəziyyətini daha da dərinləşdirir. Humanitar nəqliyyatın kəsilməsi səbəbindən altı aydır davam edən blokadanın yaratdığı onsuz da pis ərzaq vəziyyəti Artsaxın 120.000 əhalisi, o cümlədən 30.000 uşaq, 20.000 qoca və 9.000 əlil insan üçün ekzistensial təhlükələr yaradır.

Dəhlizin tamamilə bağlanması nəticəsində 102 xəstənin və onları müşayiət edən şəxslərin əvvəlcədən planlaşdırılmış Artsaxdan ER-ya və əks istiqamətinə köçürülməsi həyata keçirilməyib. Lazımi dərmanların tədarükü də tamamilə dayandırılıb, vətəndaşlar və Artsax tibb müəssisələri üçün ciddi problemlər yaradıb”, – Stepanyan yazıb.

Onun sözlərinə görə, Artsaxın Azərbaycan tərəfindən tam blokadaya alınması, humanitar yüklərin daşınmasının qarşısının alınması, həyati əhəmiyyət kəsb edən infrastrukturların normal fəaliyyətinin qəsdən və uzun müddətə pozulması faktı göstərir ki, Artsax xalqını qorxudmaq və müxtəlif tələblər irəli sürmək üçün Azərbaycan tərəfindən hətta humanitar məsələlər istifadə olunur.

“Humanitar xarakterli məsələlər Azərbaycan tərəfindən Artsax xalqına qarşı etnik nifrət və etnik təmizləmə siyasətinin irəliləməsi üçün alət kimi istifadə olunur”, – deyə Stepanyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button