ArtsaxBaşlıcaSiyasət

Azərbaycanlılarla danışıqları sülhməramlılar aparır, Artsax nümayəndəsi iştirak etmir: Ombudsman

İndi azərbaycanlılarla danışıqları sülhməramlılar aparır, Artsax nümayəndəsi iştirak etmir. Bu barədə NEWS.am-in müxbiri ilə söhbət zamanı Artsax Ombudsmanı Geğam Stepanyan bildirib.

O qeyd edib ki, humanitar məsələ Rusiya sülhməramlılarına təqdim olunub və Artsax onların müdaxiləsi və vasitəçiliyi ilə məsələnin həll olunacağını, humanitar daşınmanın bərpa olunacağını gözləyir.

“Bizim gözləntilərimiz təkcə Rusiya sülhməramlıları ilə deyil, həm də beynəlxalq təşkilatlarla bağlıdır”, – Stepanyan bildirib.

O, 120 min insanın xarici dünya ilə əlaqəsinin tamamilə kəsildiyi bir şəraitdə lazımi beynəlxalq reaksiyanın olmamasını absurd adlandırıb.

“Biz gözləyirik ki, beynəlxalq təzyiq altında Azərbaycan Artsaxda humanitar fəlakətdən çəkinmək üçün ən azı humanitar daşımaları bərpa edəcək”, – Artsax Ombudsmanı vurğulayıb.

O qeyd edib ki, son zamanda Bakı tərəfindən atəşkəsin pozulma halları artıb və Azərbaycan bu yolla kənd təsərrüfatı işlərinə qarışmağa çalışır ki, bu da insanları gəlir mənbəyindən məhrum edir, mühasirədə olan yerli istehsala ziyan vurur.

“Əhalinin psixoloji durumu həssasdır, qeyri-müəyyənlik mühiti hökm sürür. Artsax hər hansı humanitar yardımdan tamamilə məhrumdur, Ermənistanla bütün kommunikasiyalar dayandırılıb. Bu, humanitar böhranın dərinləşməsi riski yaradır. Ərzaq bazarında yalnız yerli istehsal olan məhsullar mövcuddur ki, bu da daxili tələbatı ödəyə bilmir. Dərman çatışmazlığı da var”, – Stepanyan bildirib.

O xatırladıb ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra Artsada üçü mülki şəxs olmaqla 21 nəfər həlak olub.

Daha çox göstər
Back to top button