
İyunun 20-də KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko problemlərdən qaçmağa deyil, nə qədər çətin olsa da, həll etməyə çağırıb.
“Məsələn, Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həlli üçün yardım istəyir. Ermənistan tərəfindən əsaslı tələblər irəli sürülür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini danlayacaq, təşkilatın işindən narazılıqlarını bildirəcəklər”, – Belarus rəhbəri qeyd edib. “Ona görə də biz nə qədər əyilsək də, dönsək də, KTMT ölkələrinin problemlərinə ıxış yolu axtarmalıyıq”, – Lukaşenko bildirib.







