
Vaşinqtonda təxirə salınan danışıqların tarixləri barədə məlumat veriləcək.
Alınan məlumata görə, bu haqda Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqd ərzində qeyd edib.
Vaşinqtonda təxirə salınmış görüşə toxunan Kostanyan qeyd edib ki, hazırda yeni tarixlərlə bağlı müzakirələr gedir.
“Hesab edirəm ki, yaxın vaxtlarda biz bu barədə ictimaiyyətə məlumat verə biləcəyik”- deyə nazir müavini bildirib.
Kostanyan vurğulayıb ki, Azərbaycanın atdığı addımlar, xüsusilə Ermənistanın sərhədindəki gərginlik, Ermənistanın suveren ərazisini atəşə tutması, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi birmənalı olaraq sülh və əmin-amanlığın qurulmasına dəstək vermir.
Cənubi Qafqaz regionunda sabitlik və Azərbaycanın sabitlik və sülhün bərqərar olmasında həqiqətən maraqlı olduqları barədə bəyanatlarını şübhə altına alır.
İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun iştirakı ilə müzakirələrin növbəti raundunun keçirilməsi nəzərdə tutulsa da, Azərbaycanın xahişi ilə təxirə salınıb.







