
Rusiya Federasiyasının Kapanda baş konsulluğunun açılması məsələsi müzakirə olunur:
Verilən məlumata görə, bu haqda Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərə verdiyi brifinq zamanı qeyd edib.
“Kapanda məhz baş konsulluğun açılması məsələsi müzakirə olunur”- deyə Kostanyan bildirib.
Nazir müavini Rusiya Federasiyasının Ermənistandakı səfirliyindən Rusiya Federasiyasının Kapanı hansı məqsədlə seçdiyini soruşmağa çağırıb.
“Prosedurlara tam əməl olunacaq: Biz beynəlxalq tərəfdaşlarımızın vəziyyətlə daha yaxından tanış olmaq üçün Syunikdə diplomatik nümayəndəliyə malik olmaq marağı və istəyini alqışlayırıq” – deyərək Kostanyan bildirib.
Bundan öncə İran İslam Respublikası Kapan şəhərində baş konsulluq açıb.







