
Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibəni araşdıran komissiyanın 20 iyunda başlayan iclası iyunun 27-də sual-cavab formatında davam edəcək.
Baş nazir bildirib ki, ictimaiyyətə açıqlanmayan məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq.
Baş nazir Nikol Paşinyan əminliklə deyib: “İstintaq komissiyasının bütün suallarını açıq şəkildə cavablandıracağam”.
Baş nazirin istintaq komissiyasına təqdim etdiyi hesabat komissiyanın yekun hesabat paketinə daxil ediləcək.







