
Ermənistan və ABŞ bayraqlarını qaldırmaqla qeyd edirik ki, biz buradan ayrılmayacağıq və zavodun tikintisini davam etdirəcəyik. Bunu Yerasx qəsəbəsində jurnalistlərlə söhbətində GTB Holdinqin direktoru Tiran Hakopyan bildridi.
“Biz güman etmirik ki, bayraqların qaldırılması bizə hərbi müdafiə və s. verəcək, bu, sadəcə bizim direktorlar şurasının qərarının qeydidir. Bayraqları qaldıraraq, buradan heç yerə getməyəcəyimiz və zavodun tikintisini davam etdirəcəyimiz qərarımızı qeyd edirik.
Burada fabrik tikmək üçün Ermənistan Respublikasından icazəmiz, istəyimiz və qanunla nəzərdə tutulmuş bütün sənədlərimiz var”,- deyə o qeyd etdi.
GTB Holdinqin direktoru Tiran Hakopyan vurğuladı ki, Azərbaycan tərəfi tikinti texnikasını iki səbəbdən hədəfə alır. Qorxutmaq və avadanlığı sıradan çıxarmaq istəyir.
“Biz zavodu bu ərazidə tikməliyik. Nə vaxtsa başa düşəcəklər ki, biz o oyun qaydaları ilə oynamayacağıq”.
O bildirib ki, zavodun tikinti işləri bu gündən davam etdiriləcək.
“Biz bütün mümkün beynəlxalq qurumlara müraciət edəcəyik və biz həm Ermənistan Respublikasının, həm Avropa İttifaqının, həm də ABŞ-ın qanunvericilik sahəsində bütün vasitələrdən istifadə edəcəyik ki, onlar başa düşsünlər ki, İstənilən atış həm qanunvericilik, həm də müdafiə sahəsində cavabsız qalmayacaq”.
Hakobyan qeyd edib ki, ABŞ nümayəndələri bütün prosesdən xəbərdardırlar. “Hesab edirəm ki, müvafiq addımlar atılır, nəticə çıxarılır”.
O bildirib ki, zavodun tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.







