BaşlıcaSiyasət

Avropa Parlamentinin nümayəndə heyəti Hakari körpüsü yaxınlığında təhlükəsizlik vəziyyəti ilə tanış olub

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti Laçın dəhlizinə aparan Hakari körpüsünə bitişik ərazidə təhlükəsizlik vəziyyətini daha yaxşı başa düşmək üçün Markus Ritterin rəhbərlik etdiyi Aİ-nin Ermənistandakı missiyasına qoşulub. Bu barədə Aİ-nin Ermənistandakı mülki missiyasının rəsmi Twitter mikrobloqunda məlumat yayılıb.

Missiyanın rəhbəri Markus Ritter vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması və insidentlərinə cəlb etməyə çalışır.

Avropa Parlamentinin fransalı üzvü Natali Luazo öz növbəsində Aİ-nin Ermənistandakı missiyasını, eləcə də regionda sülhə nail olmaq səylərini dəstəklədiyini bildirib. O, səfərin təşkilinə görə əməyi olan bütün tərəflərə təşəkkürünü bildirib.

Daha çox göstər
Back to top button