BaşlıcaSiyasət

ER Baş nazirinin müavini:  “Azərbaycan Ermənistanın sərhəd demarkasiyası komissiyalarının iclası ilə bağlı təklifinə müsbət cavab verib”

Azərbaycan tərəfi Ermənistanın sərhədlərin demarkasiyası məsələləri üzrə komissiyaların işçi iclasının keçirilməsi təklifinə müsbət cavab verib.

Verilən məlumata görə, bu haqda  Baş nazirin müavini Mher Qriqoryan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə, Azərbaycan  Baş nazirinin müavini Şahin Mustafayevin onun sərhədlərin demarkasiyası məsələləri üzrə komissiyaların işçi iclasının keçirilməsi təklifinə cavab verib-verməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bəli, o, müsbət cavab verdi. Hələlik görüşün yeri və vaxtı ilə bağlı razılaşma yoxdur, lakin güman edirik ki, tezliklə görüşümüz olacaqdır” – deyərək  Qriqoryan qeyd edib.

Bundan əvvəl ER baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifi göndərib.

Təklifin məqsədi Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari problemli məsələləri müzakirə etməkdir.

Daha çox göstər
Back to top button