BaşlıcaSiyasət

Azərbaycanda sadə azərbaycanlıların belə təqib edildiyi bir şəraitdə rəsmi Bakı artsaxlıların fundamental hüquqlarını təmin etməkdən necə danışa bilər? – VİDEO

Azərbaycanda polis ekoloji problemləri qaldıran etirazçılara qarşı güc tətbiq edib.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdli kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Söyüdlü sakinləri Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına etiraz ediblər. Onların sözlərinə görə, mövcud gölə axıdılan bu tullantılar ekologiyaya ciddi zərər vurur. Yeni yaradılması nəzərdə tutulan göl isə həm kəndin örüş yeri olan ərazisində salınır, həm də ekoloji vəziyyəti daha da ağırlaşdıracaqdır.

Etiraz aksiyasında sakinlərlə polis arasında qaşıdurma olub. Polis etirazı dağıtmaq üçün yaşlı sakinlərə qarşı göz yaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Nəticədə 10-dan çox nəfər xəsarət alıb, daha bir neçə nəfər isə saxlanılıb.

Hadisə zamanı jurnalistlər də xəsarət alıb, kəndə giriş-çıxış məhdudlaşdırılıb, müstəqil jurnalistlərin kəndə girişi qadağan edilib, hətta sosial şəbəkələrdə polisi və hakimiyyəti sərt tənqid edən gənc fəal Qiyas İbrahimov da saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tətbiq etdiyi qəddar tədbirlər ictimaiyyət arasında böyük narazılıq dalğasına səbəb olub, bundan sonra yalnız ölkənin Daxili İşlər Nazirliyi polisin hərəkətləri ilə bağlı xidməti yoxlamaya başladığını elan edib.

Qeyd edək ki, etiraz edən kənd sakinlərinin sözlərinə görə, qızıl mədənlərində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevayanın da payı vardır.

Diqqətəlayiqdir ki, Azərbaycanda əsl ekoloji problemlərdən əziyyət çəkən əhaliyə məhz belə yanaşırlar. Əliyev rejiminin göstərişi ilə hərəkət edən saxta “eko-fəallar” isə real ekoloji problemləri kənara qoyub, Prezident Administrasiyasının qarşısında 120 min Artsax əhalisini aylarla blokadada saxladıqları üçün az maaş aldıqlarına etiraz olaraq aksiya təşkil ediblər.

Azərbaycanda diktatura rejiminin hökm sürdüyü bir şəraitdə, hətta sadə azərbaycanlıların belə təqib edildiyi və sonra mühasirəyə alındığı bir şəraitdə rəsmi Bakı Artsaxda erməni əhalisinin fundamental hüquqlarını təmin etməkdən necə danışa bilər?

Daha çox göstər
Back to top button