
Mən Ermənistanda Aİ-nin EUMA missiyasının patrulunu izlədim. Biz gördük ki, Laçın dəhlizi Azərbaycan tərəfindən tamamilə bağlanıb. Bu barədə Avropa Parlamentinin üzvü Natali Luazo Həkəri körpüsü yaxınlığındakı vəziyyətlə tanış olduqdan sonra özünün tviter mikrobloqunda yazıb.
“Heç nə keçmir və Qarabağın 120 min ermənisi hər şeydən məhrum edilib. Onları qorumalı olan rus hərbçilər heç nə etmirlər.
EUMA Avropa missiyası vəziyyəti dəqiqliklə sənədləşdirir və Ermənistan onun mövcudluğunu alqışlayır. Ona görə də Avropa qurumları vəziyyətlə bağlı tam məlumatlıdır. Onların reaksiyası humanitar böhrana və yaranmış hərbi gərginliyə lazımi şəkildə deyil”, – deyə Avropa Parlamentinin üzvü bildirib.







