
Artsax futbol komandası Abxaziya ilə seçim oyununa hazırlaşır. Problem yalnız Azərbaycan tərəfindən yolun bağlanmasındadır, amma inanırıq ki, oyuna qədər açılacaq.
Bu barədə Artsax Futbol Federasiyasının vitse-prezidenti Mher Avanesyan bildirdi.
Artsax futbol komandası Abxaziya komandası ilə seçmə oyun keçirməlidir. Müstəqil Futbol Federasiyaları Konfederasiyası (ConIFA) dünya çempionatının Avropa zonasının seçmə mərhələsinin iyulun 10-da Suxumdakı “Dinamo” stadionunda keçirilməsi nəzərdə tutulub.
“Mövcud vəziyyətə, bağlı yola baxmayaraq komandamız Axbaziya komandası ilə ConIFA oyununa hazırlaşır. Görüşlər, təlimlər təşkil edib keçiririk, hər şey yüksək səviyyədə həyata keçirilir. Yeganə maneə bu blokadadır.
Vəziyyət belə davam etsə və çıxa bilməsək, o zaman iştirak etməyəcəyik, bu da futbol üçün ciddi problemdir, çünki idman siyasətdə deyil.
Artsax komandası 28 Artsax futbolçusundan ibarət komandadır. Görüşdə hamı iştirak edir. Gündə iki dəfə məşq edirlər. Məşqçilər qrupunun təqdim etdiyi proqrama əsasən, Suxumidə keçiriləcək oyuna hazırlaşırlar. Heç bir problemimiz yoxdur, bütün texniki və maliyyə məsələləri həll olunub, sadəcə yolun açılmasını gözləyirik”,- deyə o vurğuladl.
Qeyd edək ki, tanınmamış Dövlətlərin Dünya Kubokunun final turniri 2024-cü ildə Kürdüstanda (Şimali İraq) keçiriləcək. 2019-cu ildə isə tanınmamış Avropa Ölkələrinin Çempionatı (ConIFA Euro-2019) Arstaxda keçirilib.







