BaşlıcaSiyasət

AŞPA prezidenti Bakını üzərinə götürdüyü öhdəliklərə əməl edərək, Laçın dəhlizini açmağa çağırıb

Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks Bakını üzərinə götürdüyü öhdəliklərə əməl edərək, Laçın dəhlizini açmağa çağırıb.

“Hamı deyir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir, lakin bu, Azərbaycan hökumətinə bu insanlarla istədiyini etmək hüququ vermir. Laçın dəhlizinin bağlanması Dağlıq Qarabağda yaşayan və Ermənistanla dəhlizdən asılı olan minlərlə insan üçün ciddi fəlakətə səbəb ola bilər.

O, bağlıdır və bu, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır. Assambleya Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, Dağlıq Qarabağa yardımın çatdırılması üçün dəhlizi yenidən açmağa çağırır”, – o bildirib.

Daha çox göstər
Back to top button