BaşlıcaSiyasət

Azərbaycanın təxribatı Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması səylərini neytrallaşdırmaq məqsədi daşıyır: ER baş naziri

İyunun 28-də Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatın məqsədi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik problemlərinin həlli istiqamətində səyləri neytrallaşdırmaqdır. “Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan iyunun 29-da hökumətin iclasında bildirib.

“Laçın dəhlizinin bağlanması ilə əlaqədar Dağlıq Qarabağda yaranmış humanitar böhran şəraitində Azərbaycan silahlı qüvvələri iyunun 28-də Dağlıq Qarabağın Martun və Martakert mövqeləri istiqamətində artilleriya və pilotsuz uçuş aparatlarından zərbələr endirib, nəticədə Müdafiə Ordusunun 4 hərbçisi həlak olub.

Həlak olanların yaxınlarına və qohumlarına başsağlığı verərək, bu hərbi təxribatın uzun müddət informasiya hücumları ilə hazırlandığını vurğulamalıyam. Azərbaycan Dağlıq Qarabağ Müdafiə Ordusunun təmas xəttinin müxtəlif hissələrində atəşkəs rejimini guya pozması barədə mütəmadi olaraq məlumat yayıb”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, son təxribatın məqsədi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik problemlərinin həlli istiqamətində səyləri neytrallaşdırmaqdır.

“Bu günlərdə Ermənistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtonda Azərbaycan nümayəndə heyəti ilə sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində danışıqları davam etdirir. Regionumuzda sülhün alternativi yoxdur və hökumətimiz bütün çətinliklərlə üzləşərək siyasi sülh yolunu davam etdirəcək”, – deyə Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button