YUNESKO-nun mənzil-qərargahında Nerses Şnorhalinin 850 illik yubiley tədbirləri keçirilib

İyunun 27-28-də Parisdə, YUNESKO-nun mənzil-qərargahında Nerses Şnorhalinin vəfatının 850-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın başçılıq etdiyi ER nümayəndə heyəti də iştirak edib.
İyunun 27-də Nerses Şnorhalinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda YUNESKO-nun baş qərargahının mədəniyyət sahəsini əlaqələndirən rəsmiləri, Fransa elmi ictimaiyyətinin və erməni icmasının nümayəndələri iştirak ediblər.
Konfransa paralel olaraq iyunun 27-də YUNESKO-nun mənzil-qərargahında Nerses Şnoralinə həsr olunmuş sərgi açılıb.
Nazir Andreasyan bildirib ki, sərgi Nerses Şnoralinin irsi ilə tanış olmaq, onun biblioqrafiya və yazılı mədəniyyət tarixindəki rolunu başa düşmək üçün daha bir fürsətdir.
Ermənistanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Kristian Ter Stepanyan, YUNESKO-nun baş direktorunun müavini Eduard Firmin Matoko da çıxış ediblər.







