BaşlıcaSiyasət

Rəsmi Yerevan Ermənistan və Azərbaycan Xİ nazirlərinin hansı əsas məsələlər üzərində işləməyə davam edəcəklərini açıqlayıb

İyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərində Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar aparılıb.

Daha əvvəl xəbər verdildiyi kimi, nazirlər və onların komandaları “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə irəliləyişi davam etdiriblər.

Saziş layihəsinin daha bir neçə maddəsi üzrə razılığa gəliblər və qarşılıqlı anlaşmada irəliləyiş qeydə alınıb, eyni zamanda, bir sıra əsas məsələlər üzrə mövqelərin əlavə iş tələb etdiyini qeyd ediblər.

“Suallardan biri 1975-ci il xəritəsi ətrafında öhdəliklərin nəzərdə tutduğu demarkasiya məsələlərinə aiddir. Digəri isə qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasıdır.

Suallardan biri də Azərbaycan xalqının hüquq və təhlükəsizlik məsələlərinin Dağlıq Qarabağ beynəlxalq mexanizm altında düzgün həllinə aiddir”-  deyərək ER XİN-in sözçüsü Ani Badalyan jurnalistlərlə söhbətində qeyd edib.

Ermənistan və Azərbaycanın Xİ nazirləri danışıqların davam etdirilməsinə sadiq olduqlarını bildiriblər.

Daha çox göstər
Back to top button