
Ermənistan Günəş sistemlərinin quraşdırılmasına görə dünyanın aparıcı ölkələrindən biridirVerilən məluma görə, bu barədə hökumətin iclasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“Əslində bu gün Ermənistan günəş sistemlərinin quraşdırılmasına görə dünyanın qabaqcıl ölkələrindən biridir.
Ölkəmizdə Günəş enerjisi kifayət qədər sürətlə inkişaf edir və bizdə artıq AES-in gücündən daha çox günəş panelləri quraşdırılıb.
Hətta o qədər sürətlə inkişaf edir ki, enerji sənayesi tərəfdaşları bu sürətin ümumi enerji sisteminin balansının idarə olunmasına təsirini müzakirə etməyi təklif edirlər” – deyərək Sanosyan bildirib.







