
AB-nin Ermənistandakı missiyası özünün Twitter mikrobloqunda yazıb ki, nə palçıq, nə də relyef müşahidəçilərimizə Ermənistan və Azərbaycan sərhədində gündəlik patrul xidməti həyata keçirməyə mane olmur.
“Yoldan keçmək həmişə asan olmaya bilər. Amma nə palçıq, nə də yerin relyefliyi müşahidəçilərimizə yerlərdə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün hər gün Ermənistan və Azərbaycan sərhədində patrul xidmətinə mane olmur”- deyə ER-da AB missiyasının məlumatında qeyd olunub.







